Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Ömrünü elmə həsr etmiş Azərbaycan qadını


Bu gün uzun surən ağir xəstəlikdən sonra Zeynalova Tamilla Yusif qızı dünyasını dəyişdi. Tamilla xanım tədqiqatçı alim idi. O, Bakı Dövlət Universitetinin mexanika – riyaziyyat fakultəsini bitirdikdən sonra M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasına qəbul olmuşdur. Oranı bitirdikdən sonra Bakıya qayıtmişdır və ömrünün sonunadək AMEA – nin riyaziyyat və mexanika institunda kiçik elmi işçi , elmi işçi və baş elmi işçi kimi çalışmışdır və paralel olaraq Bakı Dövlət Universtetində dərs demişdir.

Tamilla xanım bir çox elmi məqalələrin müəllifidir, onun fəaliyyəti Azərbaycan Milli Elmlər Akademiyasınım rəhbərliyi tərəfindən dəfələrnən qiymətləndirilmişdir. O, həmçinin ” ƏN YAXŞI VƏTƏNPƏRVƏR TƏDQIQATÇI ALIM ” mükafatına layiq görülmuşdür.

Allah rəhmət eləsin !!! Ruhu şad olsun !!!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər