23/11/2021
Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları ölkəmizdə gedən vaksinasiya prosesində fəal iştirak edirlər.
Belə ki, Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədovun imzası ilə daxil olmuş 11/829 nömrəli məktubun icrası ilə əlaqədər COVİD-19 infeksiyasına qarşı 2021–ci ilin 23 noyabr tarixində Həmkarlar komitəsinin sədri, dosent İradə Mirzəzadənin təşkilatçılığı ilə Kliniki Tibbi Mərkəzdə (Semaşko) əməkdaşların vaksinasiyası həyata keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.