Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycanlı alim akademik Viktor Antonoviç Sadovniçinin 80 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda iştirak edib


13-15 may 2019-cu il tarixlərində Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Viktor Antonoviç Sadovniçinin 80 illiyinə həsr olunmuş “Riyaziyyat və mexanikanın müasir problemləri” adlı beynəlxalq elmi konfrans keçirilib.

Konfransda AMEA-nın Riyaziyyat ve Mexanika İnstitutunun “Funksional analiz” şöbəsinin baş elmi işçisi, professor Araz Əliyev iştirak edib. Alim tədbirdə mühazirə ilə çıxış edib.

A. Əliyev səfər zamanı həmçinin, akademik V. A. Sadovniçi ilə görüşüb, yubilyara RMİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun təbriklərini çatdırıb və ona direktor tərəfindən imzalanmış təbrik ünvanı təqdim edib.

Sonra professor Araz Əliyev yubilyara mərhum akademik Zahid Xalilovun “Основы функциального анализа” kitabının təzə çapdan çıxmış ikinci nəşrini təqdim edərək həmin kitabın keçmiş SSRİ-de funksional analiz üzrə ilk dərslik olduğunu vurğulayıb. Viktor Sadovniçi Riyaziyyat və Mexanika İnstitutunun gözəl ənənələrə malik elmi-tədqiqat mərkəzi olduğunu bildirərək direktor Misir Mərdanova və RMİ-nun əməkdaşlarına təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər