Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Optimal idarəetmə” şöbəsinin baş elmi işçisi f.-r.e.d., prof. Telman Məlikovun 70 yaşı münasibəti ilə təbrik edirik!


Riyaziyyat və Mexanika İnstitutunun “Optimal idarəetmə” şöbəsinin baş elmi işçisi f.-r.e.d., prof. Telman Qulu oğlu Məlikovun 70 yaşı tamam olur.

Məlikov Telman Qulu oğlu 5 yanvar 1950-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, həmin ildə təyinatla indiki Gəncə Dövlət Universitetinə müəllim göndərilmişdir. 1972-1975-ci illlərdə BDU-nun Aspirantı olmuşdu. 19761977-ci illərdə Gəncə Dövlət Universitetində işləmişdir. 1977-ci ildən 2013-cü ilədək Azərbaycan Texnologiya Universitetində (Gəncə şəhəri) işləmişdi. 1990-cı ildən 2005-ci ilədək Ali riyaziyyat kafedrasının müdiri olmuşdu. 11.01.2000-ci ildən 13.03.2013-cu ilədək universitetin rektor vəzifəsini icra etmişdir. 2014-cü ildən  AMEA-nın Riyaziyyat və Mexanika İnstitunda işləyir.

T.Q.Məlikov 1972-ci ildə ADU-nun aspiranturasına daxil olmuş, 1976-cı ildə «Bəzi optimal sistemlərdə məxsusi proseslərin tədqiqi» mövzusunda 01.01.02-«Diferensial və inteqral tənliklər» ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.

Professor T.Q.Məlikov 2005-ci ildə 01.01.09 – «Diskret riyaziyyat və riyazi kibernetika» ixtisası üzrə «Bəzi optimal idarə məsələlərində optimallıq üçün zəruri şərtlər» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almışdır.

T.Q.Məlikov 1992-ci ildən professordur. Professor T.Q.Məlikov AMEA-nın müxbir üzvü Q.T.Əhmədovun Respublikamızda yaratdığı optimal idarə məktəbinin davamçılarından biridir. T.Q.Məlikov adi diferensial, tənliklər, inteqrodiferensial tənliklər, Qursa-Darbu və meyl edən arqumentli tənliklərlə təsvir olunan proseslərdə optimallıq üçün birinci tərtib və yüksək tərtib zəruri şərtlər almaq üçün yeni üsullаr təklif etmişdir. Onun təklif etdiyi üsullаr son vaxtlara qədər araşdırılması mümkün olmayan bir çox məsələlərdə (məsələn, neytral tip tənliklərlə təsvir olunan proseslərdə) optimallıq üçün Pontryaqinin maksimum prinsipi tipli zəruri şərtlər və müxtəlif mənalarda məxsusi idarələrin optimallığı üçün zəruri şərtlər almağa imkan verir. T.Q.Məlikov 90-dan çox elmi məqalənin o cümlədən 3 dərs vəsaitinin, 3 monoqrafiyanın, 10-dan çox ixtira və patentin müəllifidir. Elmi əsərləri Rusiya Federasiyası, ABŞ, Böyük Britaniya və s. ölkələrinin, eləcə de Respublikamızın tanınmış elmi jurnallarında dərc olunmuşdur.

Professor T.Q.Məlikov bir neçə elmi tədqiqatçının elmi rəhbəri və bir nəfər tədqiqatçının doktorluq işi üzrə elmi məsləhətçi olmuşdur.

Professor Məlikov Telman Qulu oğlu 2002-ci ildə təhsildə qazandığı nailiyyətlərə görə Fransanın Sənayeyə Yardım Assosiasiyasının “Qızıl Medal”ı ilə təltif olunmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyası Kibernetika İnstitutunun 01.01.09 «Diskret riyaziyyat və riyazi kibernetika» ixtisası üzrə elmlər doktorları və elmlər namizədləri müdafiə şurasının üzvüdür. İnstitutun kollektivi Telman müəllimi 70 yaşı tamam olması münasibətilə təbrik edir, ona insan həyatı üçün ən dəyərli olan nemət olan can sağlığı, uzun ömür, elmi fəaliyyətində müvəffəqiyyətlər arzulayır.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər