Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Cəbr və Riyazi məntiq” şöbəsinin aparıcı elmi işçisi Məmmədov Eminağa “Banax funksional və Banax–Sobolev fəzalari ilə bağli struktur teoremlər və bəzi klassik teoremlərin analoqlari” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti seminar keçirilib. Seminarda Cəbr və Riyazi məntiq” şöbəsinin aparıcı elmi işçisi Məmmədov Eminağa “Banax funksional və Banax–Sobolev fəzalari ilə bağli struktur teoremlər və bəzi klassik teoremlərin analoqlari”  mövzusunda məruzə etdi. Məruzədə Banax funksional fəzaları, onların xüsusi tip altfəzaları, müəyyən hallarda belə altfəzaların riyazi təsviri, ümumiləşmiş Banax-Sobolev fəzaları […]

Robot balıqlar okeanı təmizləyəcək

Elm dünyasının bu dəfəki yeniliyi okeandakı yaşamı təhdid edən problemlərin sonunu gətirə bilər. Belə ki, həm okean sularını, həm də orada yaşayan canlıları zərərverici, mikro plastik çirkləndiricilərdən xilas etmək üçün yola çıxan alimlər kiçik robot balıqlar hazırlayıblar. “Science news” jurnalında yayımlanan xəbərə görə, Sichuan Universitetinin Polimer Tədqiqat İnstitutunun alimləri zərərli mikroplastikləri təmizləmək məqsədilə suda üzə, […]

Dahiləri bir də belə tanıyaq!

Elə sənətkarlar olub ki, nə vaxtsa büllur ayna kimi parlamış əsərləri dövr keçdikcə əvvəlki parlaqlığını itirmiş, zaman onların üstünü örtmüşdür. Lakin elələri də var ki, illər qərinələr, əsrlər keçsə belə, həmişəyaşar olaraq qəlbimizə həkk olunmuşdur… Belə sənət, söz-saz ustadlarından biri də, nəğməkar xalq şairimiz Səməd Vurğundur. Hamımız onu Səməd Vurğun kimi tanısaq da soyadı Vəkilov […]

21 Fevral – Beynəlxalq Ana Dili Günü 

Beynəlxalq Ana Dili Gününün tarixi 1952-ci ildə banqladeşli tələbələrin şərqi Pakistanda  öz ana dilinin (benqal dili) rəsmi dil olması uğrunda mübarizəsi ilə bağlıdır.1952-ci il fevralın 21-22-də Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 tələbə həlak olmuşdu. Banqladeş nümayəndələri fevralın 21-ni həmin gənclərin xatirəsinə ehtiram əlaməti kimi […]

Azərbaycanlı alimin məqaləsi Oksford Universitetinin jurnalında dərc olunub

Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz” şöbəsinin aparıcı elmi işçisi, f.-r.e.n. Namiq Quliyevin müəllifi olduğu məqalə Oksford Universiteti tərəfindən dərc olunan “The Quarterly Journal of Mathematics” jurnalında çap olunub. “Bessel tipli sinqulyarlıqlar və spektral parametrdən asılı olan sərhəd şərtləri bir medalın iki üzüdür” adlı məqalədə göstərilmişdir ki, Bessel tipli sinqulyarlıqlara spektral parametrin “mənfi sayda polyusu […]

İtaliyalı alim və tədqiqatçılar Avropada ən yaxşılar sırasındadır 

İtaliya çoxəsrlik elmi fəaliyyəti və nailiyyətləri ilə Avropada mühüm yer tutur, italiyalı alim və tədqiqatçıların adları qitənin ən yaxşıları sırasında çəkilir. İtalyan alimlər hər il Avropa İttifaqının (Aİ) nüfuzlu mükafatlarına yiyələnir, milyon avroluq qrantlar alırlar. İtaliya universitet və elmi mərkəzlərdə aparılan tədqiqatlara görə Aİ-də səkkizinci sırada qərarlaşıb. Son illərdə İtaliyada alim və tədqiqatçıların sayı 30-40 […]