Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Riyaziyyatçı alimlərin məqaləsi beynəlxalq jurnalda dərc olunub

Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, r.ed. Rövşən Bəndəliyevin və şöbənin dissertantı Kəmalə Səfərovanın həmmüəllifi olduğu məqalə  Clarivate Analytics elmmetrik bazasında referatlaşdırılan, Q1 kvartilində yerləşən və impakt faktoru 1.736 olan  “Linear and Multilinear Algebra”  jurnalının saytında yerləşdirilmişdir. “Lp)  0 < p ≤ 1-qrand Lebeq fəzasında Hardi tipli bərabərsizliklər” adlı məqalədə monoton […]

Əlimirzəyeva Vəfa xanımı 50 yaşı münasibətilə təbrik edirik!

Əlimirzəyeva Vəfa Fərhad qızı 15 iyul 1971-ci ildə Qəbələ şəhərində anadan olmuşdur.1978-ci ildə Bakı şəhərində 20 saylı orta məktəbin birinci sinifinə getmiş, 1988-ci ildə həmin məktəbi bitirmişdir. 1993-cü ildə Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutunda mühasib vəzifəsində çalışmağa başlamışdır. 1998 – 1999-cu illərdə Dövlət Əmlak Komitəsində məsləhətçi vəzifəsində işləmişdir. 2000-ci ilindən hal-hazırkı vaxta kimi Riyaziyyat […]

Heydər Əliyevin əsasını qoyduğu dövlət təhsil siyasəti Azərbaycanın müstəqilliyi üçün intellektual baza rolunu oynayıb

1969-cu ilin 14 iyul tarixi Azərbaycan xalqının taleyində müstəsna əhəmiyyətə malikdir. Çünki ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişi ilə təqvimimizə yazılan bu gün müasir tariximizin ən şanlı və parlaq salnaməsinin əsasını qoydu. Bu tarixi dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə yazdı. Azərbaycan tarixində dönüş nöqtəsi olaraq dəyərləndirilən həmin gün xalqın xilasının birinci […]

Gənc alim və tədqiqatçıların 6-cı qrant müsabiqəsi elan olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu Gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması və onlara elmi tədqiqatlar aparmaq üçün əlverişli imkanların yaradılması, gənc kadr potensialının gücləndirilməsi üçün proqramların işlənib hazırlanması, onların elmi və peşəkarlıq səviyyələrinin yüksəldilməsi, innovasiya fəaliyyətinin dəstəklənməsi, regional və beynəlxalq səviyyəli proqram və layihələrdə iştirak etməyə cəlb edilməsi məqsədi ilə 2021-ci ildə […]

Hesablama riyaziyyatı və informatika şöbəsinin əməkdaşı Abdullayev Babək haqqın rəhmətinə qovuşmuşdur

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun rəhbərliyi və kollektivi iş yoldaşları Abdullayev Babək Pənah oğlunun vaxtsız vəfatı ilə əlaqədar mərhumun doğmalarına, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir, Uca Tanrıdan səbr diləyir. Allah rəhmət eləsin! © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Müqəddəs Qurban bayramı – unudulmayan mənəvi miras

Qurban bayramı İslam aləmində ən müqəddəs bayramlardan biri sayılır. Bu bayram hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və bu il ölkəmizdə iyulun 20-21-nə təsadüf edir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün dünya müsəlmanlarının həmrəylik və qardaşlıq rəmzi olan Qurban bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması xalqla dövlətin birliyini, Azərbaycan xalqının öz milli və dini ənənələrinə sadiq olduğunu […]