Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Almas Hüseynbəyovaya fizika-riyaziyyat və texnika elmləri bölməsinin fəxri fərmanı, Riyaziyyat və Mexanika institunun həmkarlar təşkilatının fəxri fərmanı təqdim olunmuşdur.


Bu gün fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, AMEA-nın fizika-riyaziyyat və texnika elmləri bölməsinin akademik-katibi Akif Hacıyev, AMEA-nın Riyaziyyat və Mexanika institutunun direktoru, professor Misir Mərdanov, direktor müavini, professor Soltan Əliyev, institutun həmkarlar təşkilatının sədri, Cəbr və Riyazi məntiq şöbəsinin müdiri Əli Babayev, Hesablama texnikası vasitələri laboratoriyasının müdiri Babək Abdullayev, f.-r.e.n Quliyev İlqar və ümumi işlər üzrə direktor müavini Mehdi Məmmədov institutun Elmi -Texniki Informasiya Laboratoriyasi şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi, dosent Almas Məmmədəli qızı Hüseynbəyovanın evində olmuşlar. Almas Hüseynbəyovaya fizika-riyaziyyat və texnika elmləri bölməsinin fəxri fərmanı və AMEA Azad Həmkarlar Komitəsinin fəxri fərmanı təqdim olunmuşdur.

Faydalı linklər