Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


12.02.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında Türkiyənin Atatürk Universiteti, Fənn fakültəsinin professoru Arif Səlimov “Anti-Keler-Kodatsi strukturları haqqında bəzi qeydlər ” mövzusunda məruzə edəcəkdir.

Məruzədə Anti-Keler-Kodasti (m, J, g) çoxobrazlısı anlayışı haqqında danışılacaq. Bu çoxobrazlı üçün anti-Hermit (Norden) metrikası G=g o J g-nin Levi-Çivita əlaqəsinə nəzərən Kodatsi tənliyini ödəyir. Belə bir struktur inteqrallana bilən anti-Hermit strukturlarının yeni bir sinfinin meydana gəlməsinə imkan verir. Bu çoxobrazlıları öyrənərkən Sij Riççi və S*ij = – Rhjil G lh J li qoşma Riççi* tenzor sahələrinin əhəmiyyətini qeyd olunur (burada R g-nin əyilmə tenzorudur). Məruzdədə həm də anti-Hermit həndəsəsinin başqa bir xüsusiyyəti, yəni (||∇J ||2 =0) anti-Hermit strukturunun izotropikliyi haqqında danışılacaq. Burada belə bir fakt isbat olunur ki, anti Keler-Kodasti çoxobrazlısı yalnız o zaman izotropik anti-Keler çoxobrazlısına gətirilir ki, Riççi tenzor sahəsi Riççi* tenzor sahəsi ilə üst-üstə düşsün . Bundan əlavə, anti-Keler-Kodatsi çoxobrazlısı konform hamardırsa, onda r = g ij S ij Riççi skalyarı yalnız o zaman yoxa çıxır ki, çoxobrazlı izotropik anti-Keler olsun.

Faydalı linklər