Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


12.03.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında “Dalğa dinamikası” şöbəsinin əməkdaşı          f-r.e.d.  Nazilə Bilal qızı Rəsulova  “Lövhələrdə ulduz şəkilli “radial” çatların yayılması ” mövzusunda  məruzə edəcəkdir.
Məruzə hərtərəfli dartılmaya məruz qalmış nazik lövhələrdə və ya membranlarda ulduz şəkilli radial çatların yayılması hadisəsinin tədqiqinə həsr olunur. Fərz olunur ki, sayı ixtiyari  n  olan çatlar koordinat mərkəzi ətrafında simmetrik formada yerləşir və onların yayılma sürəti səthi Reley dalğalarının yayılma sürətindən azdır.
Qeyd etmək lazımdır ki, məsələnin belə qoyuluşu özünün yeniliyi ilə fərqlənir, çünki bununla ilk olaraq, dinamik dağılmanın bir deyil, bir çox istiqamətlərdə yayılması hadisəsi nəzəri olaraq tədqiq edilir.
Çoxlu sayda aparılmış təcrübələr lövhələrdə hərtərəfli dartılma zamanı ulduz şəkilli çatların yayılması faktını təsdiqləmişdir. Nəzəri olaraq, bu dağılma hadisəsi, riyazi –fizikanın uyğun başlanğıc sərhəd məsələsi şəklində modelləşdirilmişdir.
Həllərin, Smirnov-Sobolevin funksional-invariant həlləri vasitəsilə ifadə edilməsi,  KDFN aparatının tətbiqinə imkan yaratmışdır. Nəticə olaraq, məsələ kəsilən əmsallı Riman-Hilbert məsələsinin həllinə gətirilmişdir. Bu məsələnin həllinin analizi zamanı mükəmməl nəticə alınmışdır: “hərtərəfli dartılma zamanı lövhələrdə yaranan çatların sayı 3-dən az ola bilməz.”  olduqda məsələ tam olaraq  həll edilmiş və çatların ucunda gərginlik intensivliyi əmsalı tapılmışdır ki, bu da dağılma hadisəsində kritik kəmiyyətlərin təyin edilməsi üçün tələb olunan əsas kəmiyyətdir.

Faydalı linklər