Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Münhendə professor Məsud Əfəndiyevin yubileyi qeyd edilib.


Mesud_EfendiyevMünhendə dünya şöhrətli riyaziyyatçı Məsud Əfəndiyevin 60 illik yubileyinə həsr olunmuş “Biologiya, fizika və mexanikada qeyri-xətti hadisələr” adlı Beynəlxalq konfrans başa çatmışdır. O, ilk Azərbaycanlıdır ki Aleksandr fon Humbold mükafatına layıq görülmüşdür.
Konfransda Yaponiya, Avropa, Amerika, Avstraliya, Kanada və Afrikanın aparıcı alimləri və “Springer”, “Birkhauser”, “Gakkotoscho”(Yaponiya), PSSQV (ABŞ)  nüfuzlu nəşrlərin nümayəndələri iştrak etmişdir.
Konfransı Bavariya Elmlər Akademiyasının prezidenti prof. K.H. Hoffman açaraq demışdır: “Biz prof. Əfəndiyevin fundamental elmi nailiyyətləri haqqında bilirik və onun elmi karyerasını izləyirik. O, nəzəri və tətbiqi riyaziyyatda fundamental nəticələri əldə edən nadir ekspertlərdən biridir. Biz çox şadıq ki, o bizimlə Almaniyadadır. Əlbəttə, o, Bavariya Elmlər Akademiyasının üzvü olmağa layıqdır və biz onu Akademiyamızın üzvləri arasında görməyə şad olardıq. Lakin, Akademiyamızın nizmnaməsinə görə  yalnız Almaniya vətəndaşı onun üzvü  ola bilər.”
Qeyd etmək lazımdır ki 1759-ci ildə yaranmış Akademiyanın üzvləri sırasında məşhur alman alimləri Aleksandr və Vilhelm Humbold, Maks Plank, Albert Eynşteyn, Verner Heyzenberq və  Nobel mükafatına layıq görülmüş digər alimlərin adı çəkilir.
Springer nəşriyatının nümayəndəsi dok. Eva Hiripi konfrans zamanı prof. Məsud Əfəndiyevə bildirmişdir ki, nəşriyyatın elmi şurası Azərbaycan riyaziyyatçısının fundamental işlərini bilərək onun “Tibbin riyazi modelləri: in vivo, in vitro and in silico”adında yeni kitabının eləcə də konfrans materiallarının nəşr olunmasına maraq göstərir. Məsud Əfəndiyev dünya şöhrətli nəşriyyatın onun kitabının dərc edilməsi üçün təklifini təşəkkürlə qəbul etmişdir. Konfrans materialları “Mathematical Methods in the Applied Sciences” jurnalında dərc olunacaq, jurnal “Wiley” (İngiltərə) nəşriyyatına məxsusdur.
Çıxışlar zamanı qeyd edilmişdir ki, Məsud Əfəndiyev Almaniyada 23 il yaşamasına və orada işlədiyinə baxmayaraq  Azərbaycan vətəndaşlığını qoruyub saxlamışdır.
Aleksandr fon Humboldt laureatları, o cümlədən elmi xidmətlərinə görə Fransanın Fəxri Legion laureatları, Böyuk Britaniya Kral Cəmiyyətinin üzvləri, Kanada, Danimarka, Çex Respublikası, Fransa, Almaniya, Portugaliya, Avstraliya İnstitutularının direktorları da məruzə ilə çıxış etmişlər .
Məsud Əfəndiyev Azərbaycanın Zaqatala şəhərində anadan olub, o orta məktəbi fərqlənmə diplomu ilə bitirib, Bakı və  Moskva Dövlət Universitetınin riyaziyyat-mexanika fakultəsində təhsil almışdır. Diplom işini professor Mark Vişık və Aleksandr Şnirelmanın rəhbərliyi altında  yazmışdır.  Bu iş 1975-ci idə nəşr üçün akademik Əşrəf Hüseynov tərəfindən “Azərbaycan SSR-i Elmlər Akademiyasının Məruzələri” jurnalına təqdim edilmişdir.
O, 1989-cu ildə birgə əməliyyatlar aparmaq üçün ABŞ Merilend Universiteti tərəfindən  dəvət olunub, orada onun elmi nailiyyətləri ilə maraqlanan alman həmkarları ilə tanış olmuşdur.
Elə orada da Humboldt mükafatı müsabiqəsində iştrak etmək üçün sənədlərini təqdim etmə  təklifıni almışdır.
Həmkarları onun namizədliyini dəstəkləmişlər və bu mükafatı alandan sonra Əfəndiyev onun ikinci vətəni sayılan Almaniyada qalmaq qərarına gəlmişdir.
O, professor olaraq Yaponiya, Avropa, Kanada və ABŞ-nın bütün universitetlərində bir çox məruzələr etmişdir. On aparıcı Beynəlxalq jurnallarının redaksiya şuralarının üzvü olmaqla bərabər, International Journal of  Biomathematics and Biostatistics jurnalın baş redaktoru və Yaponiya, Almaniya, ABŞ və İsveçrədə nəşr olunan beş monoqrafiya müəllifidir.

Faydalı linklər