Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


02.04.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında BDU-nun “Riyazi analiz” kafedrasının əməkdaşı,  f-r.e.n.      dos. Rəşid Əvəzağa oğlu Əliyev “Ümumiləşmiş inteqrallar və sonlu ölçünün Koşi tipli inteqralının sərhəd qiymətləri”  mövzusunda məruzə edəcəkdir.

Məruzə Lyapunov əyrisi ilə hüdudlanmış oblastlarda sonlu kompleks ölçünün Koşi tipli inteqralının öz sərhəd qiymətləri vasitəsilə ifadə olunması məsələlərinə həsr olunub.
Məlumdur ki, mütləq kəsilməz ölçü müəyyən əlavə şərtləri ödədikdə onun Koşi tipli inteqralı öz sərhəd qiymətlərinin Koşi inteqralına çevrilir. Ümumiyyətlə götürdükdə isə mütləq kəsilməz ölçünün Koşi tipli inteqralının toxunmayan sərhəd qiymətləri Lebeq mənada inteqrallanan olmur. P.L.Ulyanov A-inteqral anlayışından istifadə edərək göstərmişdir ki, Lyapunov əyrisi ilə hüdudlanmış oblastlarda mütləq kəsilməz ölçünün Koşi tipli inteqralı öz sərhəd qiymətlərinin A-Koşi inteqralı olur. Ölçü mütləq kəsilməz olmadıqda isə onun Koşi tipli inteqralının toxunmayan sərhəd qiymətləri A-inteqral mənada da inteqrallanan olmur. Bu halda Lebeq inteqralı və A-inteqralın ümumiləşməsi olan yeni  N+ N-inteqral anlayışları daxil edilərək göstərilir ki, Lyapunov əyrisi ilə hüdudlanmış məhdud və qeyri-məhdud oblastlarda sonlu kompleks ölçünün Koşi tipli inteqralları öz sərhəd qiymətlərinin uyğun olaraq  N+ N -Koşi inteqralları olurlar.

Faydalı linklər