Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


09.04.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında
RMİ-nin “Riyazi analiz” şöbəsinin müdiri, f.r.e.d., prof. Vaqif Sabir oğlu Quliyev “Lokal və qlobal Morri tipli fəzalarda klassik inteqral operatorların məhdudluğu və müəyyən tətbiqləri” mövzusunda məruzə edəcəkdir.

Məruzə lokal və qlobal Morri tipli fəzalarda həqiqi analizin inteqral operatorlarının, o cümlədən, maksimal kəsr-maksimal operatorların, potensial tipli inteqral operatorların və Kalderon-Ziqmund sinqulyar inteqral operatorların məhdudluğu məsələlərinə həsr olunub.
Lokal tipli Morri fəzalarında həqiqi analizin inteqral operatorlarının məhdudluğu üçün parametrlər üzərinə zəruri və kafi şərtlər tapılmışdır. Bu nəticələr qlobal Morri tipli fəzalarda həqiqi analizin inteqral operatorlarının məhdudluğu üçün parametrlər üzərinə kafi şərtlər tapılmasına imkan vermişdir. Alınmış nəticələr elliptik və parabolik tip tənliklərin həllərinin ümumiləşmiş Morri fəzalarında requlyarlığı və aprior qiymətləndirilməsi məsələlərinə tətbiq edilmişdir.

Faydalı linklər