Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


30.04.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında “Riyazi fizika tənlikləri” şöbəsinin əməkdaşı f-r.e.d. Fərman İmran oğlu Məmmədov “Hardi operatoru üçün dəyişən üstlü Lebeq fəzalarında zəruri və kafilik şərtləri haqqında” mövzusunda məruzə edəcəkdir.

Məruzənin mövzusu dəyişən üstlü Hardi bərabərsizliyi üçün müxtəlif zəruri və kafilik şərtlərinin araşdırılmasına həsr olunmuşdur. Belə bərabərsizliklər, elektroreoloji mayelərin riyazi modellərində istifadə oluna bilirlər. Əvvəlki işlərimizdə, qüvvət funksiyalarının sıfır və sonsuzluq nöqtələri ətrafında kəsilməzlik modulunun loqarifmik funksiya sinfində, dəyişən üstlü ümumi çəkili Hardi bərabərsizliklərin doğru olması üçün çəkilər üçün zəruri və kafilik şərtlərini isbat etmişdik. Həmin istiqamətdəki işlər, JMAA, ZAA, JİA kimi SCİ indeksli müxtəlif jurnallarda çap olunmuşdur. Təbii olaraq, loqarifmik şinfin nə qədər zəruri olması sualı ortaya çıxdığından, biz, araşdırmalarımızı həmin şinfin aradan qaldırılmasına, ya da genişləndirilməsinə yönəltdik. Bu suallara, iki cür cavab alındı: qüvvət funksiyalarının monoton olduğu hallarda loqarifm şərtini nəinki zəiflətmək, hətta tamamilə aradan qaldıraraq yeni zəruri və kafilik şərtləri əldə edə bildik. Uygun nəticə, Math. Nachr. jurnalinda 2013-də çap edildi; ikincisi, qüvvət funksiyalarına qoyulan monotonluq şinfinin yerinə zəif ossilyasiya şərti qoyaraq yeni sinifdə zəruri və kafilik şərti isbat etmişik. Burada, əvvəlki məlum nəticələrə bəzi yeni fikirlər əlavə edə bilmişik. Nəticə, 2014-də AAA jurnalında çapa qəbul edilmişdir.

Faydalı linklər