Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri, r.e.d. Vüqar İsmayılov Türkiyədə elmi ezamiyyətdə olmuşdur


24.01.2016-28.01.2016 tarixlərində institutun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri, r.e.d. Vüqar İsmayılov Türkiyənin İstanbul şəhərində yerləşən İstanbul Ticarət Universitetində elmi ezamiyyətdə olmuşdur.
Ezamiyyət vaxtı İstanbul Ticarət Universiteti, riyaziyyat fakültəsinin professoru Ekrem Savaşla ridge funksiyalar mövzusu ətrafında geniş müzakirələr aparılmışdır. Ridge funksiyalar üzrə alınmış bir sıra nəticələrin neyron şəbəkələr nəzəriyyəsində tətbiq olunma yolları araşdırlımışdır. Məlum olmuşdur ki, neyron şəbəkələrlə bağlı olan bəzi yaxınlaşma məsələləri ridge funksiyalar sahəsində uyğun məsələlərə gətirilə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər