Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Maksimal kommutator və maksimal funksiyanın kommutatoru üçün Morri fəzalarında zəif-tipli qiymətləndirmələr” mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün Ümuminstitut seminarında dosent Rza Çingiz oğlu Mustafayev “Maksimal kommutator və maksimal funksiyanın kommutatoru üçün Morri fəzalarında zəif-tipli qiymətləndirmələr” mövzusunda məruzə edib.

Məruzədə M Hardi-Litlvud maksimal operatorunun ML(logL), λ(ℜn) Ziqmund-Morri fəzalarında 0 < λ< n üçün məhdud olmadığı, M maksimal operatorunun Ziqmund-Morri fəzalarında radial azalan funksiyalar üçün məhdud qalması və iterativ maksimal operator M2 – nın ML(logL), λ (ℜn) Ziqmund-Morri fəzasından  WML(logL),λ (ℜn) zəif Ziqmund-Morri fəzasına məhdud təsir göstərdiyi müzakirə olunacaqdır. Cb maksimal kommutatorunun ML(logL),λ(ℜn) fəzasından  WML(logL),λ (ℜn) fəzasına məhdudluğunu təmin edən b  funksiyalar sinifi xarakterizə edilmişdir. b ∈ BMO (ℜn) və b–∈L∞(ℜn) şərti daxilində [M, b]  kommutator operatorunun ML(logL), λ(ℜn) fəzasından WML(logL),λ (ℜn) fəzasına məhdudluğu isbat edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər