03/03/2017
Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındaki Səfirliyi tərəfindən Amerika Birləşmiş Ştatlarına “Elmi tur” adlandırılan təlim səfəri proqramı elan edilmişdir.
Proqram çərçivəsində maksimum 10 gün müddətinə 1-10 nəfər namizəd üçün müəyyən mövzu ətrafında ABŞ-ın müvafiq elmi təşkilatları ilə tanışlıq imkanı yaradılacaq. Nəzərdə tutulan səfərin səbəbi, məqsədi, gözlənilən nəticələr qeyd edilməklə qısa layihə təklifi hazırlanmalıdır.
Təklifdə, həmçinin səfər edəcək tədqiqat qrupunun bu sahə üzrə təcrübəsi qeyd edilməlidir. Səfər müddətində elmi təcrübəsi ilə tanışlıq planlaşdırılan ABŞ tədqiqat müəssisələrinin siyahısı da əlavə edilə bilər.
Təklif AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinə 7 mart 2017-ci il tarixinə qədər təqdim edilməlidir.
Qeyd: Səfərin proqramı, elmi-tədqiqat müəssisələri və qrupları ilə görüş, ABŞ-da yaşayış, daxili uçuşlar və digər xərclər səfirlik tərəfindən təşkil ediləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.