Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçirilib


Bu gün saat 12.00-da “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçirildi. Seminarda r.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “İndefinit metrikalı fəzalarda Ermit operatorları” mövzusunda çıxış edib.
Məruzədə L.S. Pontryaqin tərəfindən daxil edilmiş indefinit metrika və indefinit metrikalı fəza anlayışları haqqında ümumi məlumat verilib; indefinit metrikalı fəzalarda Ermit operatorunun spektral xassələrinin tədqiqi şərh edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər