Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Maye və qaz mexanikası” şöbəsinin “Sürtünmədən yaranan elektrostatik potensialın qaz dinamikasına təsiri” mövzusunda seminarı keçiriləcək


07.04.2017-ci il tarixində saat 12:00-da “Maye və qaz mexanikası” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda şöbənin müdiri, AMEA-nın müxbir üzvü Qeylani Pənahov “Sürtünmədən yaranan elektrostatik potensialın qaz dinamikasına təsiri” mövzusunda məruzə edəcək.
Məruzədə, elektrikkeçiriciliyə malik qazlı maye sistemlərində axında yaranan elektrostatik potensialın qaz qabarcıqlarının yaranması və genişlənmədə radiusunun dəyişilməsinə təsirinə baxılır. Alınmış tənliklər sistemini ədədi üsulla həll etməklə, qabarcıqların radiusunun dəyişilməsi qiymətləndirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər