Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Riyazi analiz” şöbəsinin “Çəkili Hardy operatorunun Lebeq fəzasında məhdudluğu” mövzusunda seminarı keçirilib


07.04.2017-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin doktorantı Cavanşir Vaqif oğlu Əzizov “Çəkili Hardy operatorunun Lebeq fəzasında məhdudluğu” mövzusunda məruzə edib.
Məruzədə Lebeq fəzasında Hardy operatorunun mühüm xassələri haqqında danışılmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər