Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Riyazi fizika tənlikləri” şöbəsinin növbəti seminarı keçirilib


05.04.2017-ci il tarixində “Riyazi fizika tənlikləri” şöbəsinin növbəti seminarı keçirilmişdir. Seminarda məqsəd C. Gutierrez və F. Tournier tərəfindən yazılmış ”Harnack inequality for a degenerate elliptic equation” adlı məqaləsinin əsas nəticələrini müzakirə etmək idi.
Şöbənin baş elmi işçisi, professor Fərman Məmmədov yuxarıda qeyd etdiyimiz məqalə və onun müəllifləri haqqında məlumat verdi. Müzakirə edildi ki, normal divergent tipli elliptik tənliklərdə müntəzəm elliptiklik şərtindən imtina etsək klassik keyfiyyət nəzəriyyəsinin əsas nəticələri (məsələn, J. Moserin isbat etdiyi Harnack bərabərsizliyi) doğru olmaya bilər. Araşdırılan məqalədə müəlliflər müəyyən bir sinif cırlaşan divergent strukturlu tənliklər üçün Harnack bərabərsizliyinin doğru olduğunu isbat edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər