Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Çox solenoidli Aharonov-Bohm potensiallı maqnit sahəsinin və divergensiyasının təsviri” mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün Ümuminstitut seminarında BDU-nun tətbiqi riyaziyyat kafedrasının dosenti f.-r.e.n. Elşad Hətəm oğlu Eyvazov “Çox solenoidli Aharonov-Bohm potensiallı maqnit sahəsinin və divergensiyasının təsviri” mövzusunda məruzə edib.
İşdə çox solenoidli Aharonov-Bohm potensialı üçün maqnit sahəsi və divergensiyasının aşkar düsturları tapılmışdır. Bu potensialın riyazi mahiyyəti açıqlanmışdır. Onların sonlu sayda nazik solenoidlərə mərkəzləşmiş sinqulyar ümumiləşmiş finksiyalar olduğu göstərilmişdir. Aharonov-Bohm diferesial ifadəsi ilə doğrulan minimal operatorun defekt indeksi tapılmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər