Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“3D və 4D Bianki tənlikləri üçün qeyri-klassik traktovkada kombinə edilmiş lokal və qeyri-lokal sərhəd məsələləri və onların optimal idarəetmə məsələlərinə tətbiqi” mövzusunda  seminar keçirilib


«Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçirilib. Seminarda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun 2.1 saylı İdarəetmənin riyazi məsələləri laboratoriyasınının rəhbəri vəzifəsini icra edən, riyaziyyat üzrə elmlər doktoru İlqar Qürbət oğlu Məmmədov “3D və 4D Bianki tənlikləri üçün qeyri-klassik traktovkada kombinə edilmiş lokal və qeyri-lokal sərhəd məsələləri və onların optimal idarəetmə məsələlərinə tətbiqi” mövzusunda məruzə edib.
Məruzədə 3 ölçülü (3D) və 4 ölçülü (4D) qeyri-hamar əmsallı, dominant qarışıq törəməyə malik olan Bianki tənlikləri üçün qeyri-klassik sərhəd şərtləri daxilində müxtəlif sinif sərhəd məsələlərinə baxılıb. Əmsallar üzərinə daha təbii şərtlər olan qeyri-hamarlıq şərtləri qoyulduqda, klassik Laqranj mənada qoşma tənliklərdən fərqli olaraq, qoşma tənliklərin inteqral formada verilməsinin üstünlüyü əsaslandırılıb. Qoşma tənliyin inteqral şəkildə verilməsinin sərhəd məsələsi üçün həllin inteqral göstərilişinin verilməsində və belə sərhəd məsələləri ilə təsvir olunan paylanmış parametrli optimal idarəetmə məsələləri üçün Pontrayaginin maksimum prinsipi formasında birinci tərtib optimallıq şərtlərinin alınmasında əhəmiyyətindən danışılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər