Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

”Riyazi fizika tənlikləri” şöbəsinin növbəti seminarı keçirilib


12.04.2017-ci il tarixində ”Riyazi fizika tənlikləri” şöbəsinin növbəti seminarı keçirilmişdir.
Seminarda şöbənin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Fərman Məmmədov C. Gutierrez və F. Tournier tərəfindən yazılmış ”Harnack inequality for a degenerate elliptic equation” adlı məqaləsinin əsas nəticələri haqqında məruzəsini davam etdirmişdi. Müzakirə zamanı H1 Heyzenberq qrupu, orada qrup əməli, bu əməllə bağlı diferensial operator təyin edilmiş və bu törəmələrə nəzаrən ikinci tərtib tənlik üçün zəif maksimum prinsipi isbat olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər