Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Qeyri-dəqiq verilmiş başlanğıc şərtli evolyusiya sistemlərinin sərhəd və idarəetmə məsələlərinin həll üsullarinin işlənməsi və tətbiqi” mövzusunda doktorluq disssertasiya işinin ilkin müzakirəsi keçirilib


Bu gün “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, r.f.d Əşrəfova Yeganə Ramiz qızının “Qeyri-dəqiq verilmiş başlanğıc şərtli evolyusiya sistemlərinin sərhəd və idarəetmə məsələlərinin həll üsullarinin işlənməsi və tətbiqi” mövzusunda doktorluq dissertasiya işinin ilkin müzakirəsi keçirilib.
Məruzədə qeyri-dəqiq verilmiş başlanğıc şərtli evolyusiya sistemlərinin sərhəd və idarəetmə məsələlərinin ədədi həlli tədqiq olunub. Ədədi eksperimentlərin nəticələri verilib.

İş müsbət rəy alaraq növbəti mərhələyə buraxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

 

 

Faydalı linklər