Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Yüksək tərtibli operator-diferensial tənliklərin Qrin funksiyasının tədqiqi”mövzusunda “Funksional analiz”şöbəsinin seminarı keçirilib


“Funksional analiz”şöbəsinin növbəti seminarı keçirilib. Seminarda şöbə müdiri prof. H.İ.Aslanov “Yüksək tərtibli operator-diferensial tənliklərin Qrin funksiyasının tədqiqi”mövzusunda məruzə edib.
Müəllif bu istiqamətdə ilk araşdırma olan M.Bayramoğlunun nəticələri haqqında ətraflı məlumat verib, daha sonra özünün və tələbələrinin bu istiqamətdə aldığı nəticələri şərh etmişdir.
Son dövrlərdə sonlu parçada operator-diferensial tənliklərin spektral xassələrinin öyrənilməsi istiqamətində alınmış bəzi nəticələr haqqında da məlumat verilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər