Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


26.04.2017-ci il tarixində saat 12:00-da “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda f.-r.e.d., prof. Nadir Süleymanov “Diferensial tənliklər üçün Viman-Valiron tipli qiymətləndirmələr” mövzusunda çıxış edəcəkdir.
Məruzədə ehtimal nəzəriyyəsinin metodlarından istifadə edərək Hilbert fəzasında evolyusion tənliklər üçün Viman-Valiron tipli qiymətlədirmələrin alınması üçün metodlar müzakirə ediləcək. Həmin qiymətləndirmələr t→∞-da və ya t→0-da başlanğıc şərtlərinin Furye əmsallarından asılı həllin davranışını müəyyən etməyə imkan verir.

Arzu edənlər iştirak edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər