Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


26.04.2017-cü il saat 10:00-da Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, f-r.e.d, prof. Bilal Telman oğlu Bilalov “Atomar ayrılış və freymlərin bəzi  sualları.  t -freymlər.  Separabel olmayan hilbert fəzalarında  hesabi olmayan freym anlayışı ” mövzusunda məruzə edəcəkdir.

Hilbert və Banax fəzalarında freymlərə baxılır və Nöter inikası zamanı onların xassələri öyrənilmişdir. Banax və Hilbert fəzalarında atomar ayrılış məsələlərinə baxılmışdır. Kyaxınlıq anlayışı daxil edilmişdir. Kyaxınlığa nəzərən freymlilik xassələrinin və atomar ayrılışın dayanıqlığı isbat edilmişdir. Hilbert tenzor hasilinin doğurduğu t-freym anlayışı daxil edilmişdir. Sadə freymlərin bütün xassələri bu hala köçürülmüşdürtfreymlərin Nöter həyəcanlanmasına baxılmışdır. Kvadratik yaxınlığa nəzərən tfreymlilik xassəsinin dayanıqlığı isbat olunmuşdur.  Separabel olmayan Hilbert fəzalarında Bessel sistemlər və freym anlayışları daxil edilmişdir. Sadə Bessel sistemlərə və freymlərə aid bir çox nəticələr  baxılan  hala köçürülmüşdür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər