Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Atomar ayrılış və freymlərin bəzi sualları. t -freymlər. Separabel olmayan hilbert fəzalarında hesabi olmayan freym anlayışı” mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, f-r.e.d, prof. Bilal Telman oğlu Bilalov “Atomar ayrılış və freymlərin bəzi sualları. t -freymlər. Separabel olmayan hilbert fəzalarında hesabi olmayan freym anlayışı” mövzusunda məruzə edib.
Məruzədə Hilbert və Banax fəzalarında freymlərə baxılıb və Nöter inikası zamanı onların xassələri öyrənilmişdir. Banax və Hilbert fəzalarında atomar ayrılış məsələlərinə baxılmışdır. K-yaxınlıq anlayışı daxil edilmiş və K-yaxınlığa nəzərən freymlilik xassələrinin və atomar ayrılışın dayanıqlığı isbat edilmişdir.
Hilbert tenzor hasilinin doğurduğu t-freym anlayışı daxil edilmiş və sadə freymlərin bütün xassələri bu hala köçürülmüşdür. t-freymlərin Nöter həyəcanlanmasına baxılmışdır. Məruzədə həmçinin kvadratik yaxınlığa nəzərən t-freymlilik xassəsinin dayanıqlığı isbat olunmuşdur. Separabel olmayan Hilbert fəzalarında Bessel sistemlər və freym anlayışları daxil edilmişdir. Sadə Bessel sistemlərə və freymlərə aid bir çox nəticələr baxılan hala köçürülmüşdür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər