Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


03.05.2017-ci il tarixində saat 12.00-da “Diferensial tənliklər” şöbəsinin növbəti seminarında Bakı Dovlət Universitetinin “İdarəetmə nəzəriyyəsinin riyazi üsulları” kafedrasının dosenti Şakir Yusubov “ALTINCI TƏRTİB BİR PSEVDOPARABOLİK TƏNLİK ÜÇÜN DİRİXLE MƏSƏLƏSİNİN İKİ MÜXTƏLİF QOYULUŞU” mövzusunda məruzə ilə çıxış edəcək.
Məruzədə düzbucaqlı paralelepipeddə hamar olmayan əmsallı altıncı tərtib bir psevdoparabolik tənlik üçün klassik olmayan sərhəd şərtli Dirixle məsələsinə baxılır. Bu məsələnin klassik Dirixle məsələsinə ekvivalentliyi isbat olunur.
Arzu edənlər iştirak edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər