Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Diferensial tənliklər” şöbəsinin “Altıncı tərtib bir psevdoparabolik tənlik üçün Dirixle məsələsinin iki müxtəlif qoyuluşu” mövzusunda seminarı keçirilib


“Diferensial tənliklər” şöbəsinin növbəti seminarında Bakı Dövlət Universitetinin “İdarəetmə nəzəriyyəsinin riyazi üsulları” kafedrasının dosenti ŞAKİR YUSUBOV “ALTINCI TƏRTİB BİR PSEVDOPARABOLİK TƏNLİK ÜÇÜN DİRİXLE MƏSƏLƏSİNİN İKİ MÜXTƏLİF QOYULUŞU” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə düzbucaqlı paralelepipeddə hamar olmayan əmsallı altıncı tərtib bir psevdoparabolik tənlik üçün klassik olmayan sərhəd şərtli Dirixle məsələsinə baxılıb. Bu məsələnin klassik Dirixle məsələsinə ekvivalentliyi isbat olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər