Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Optimal İdarəetmə” şöbəsinin “Dirixle məsələsinin iki müxtəlif qoyuluşu” mövzusunda seminarı keçirilib


Bu gün “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda fizika-riyaziyyat elmləri namizədi, dosent Şakir Yusubov “Dirixle məsələsinin iki müxtəlif qoyuluşu” mövzusunda məruzə edib.
Məruzədə düzbucaqlı paralelepipeddə hamar olmayan əmsallı altıncı tərtib bir psevdoparabolik tənlik üçün klassik olmayan sərhəd şərtli Dirixle məsələsinə baxılıb. Bu məsələnin klassik Dirixle məsələsinə ekvivalentliyi isbat olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər