Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Hesablama riyaziyyatı və informatika” şöbəsinin “Qeyri-xətti dinamik sistemlərin faza fəzalarında bifurkasiyalar, hesablama eksperimentləri və idarə olunma problemi” mövzusunda seminarı keçirilib


“Hesablama riyaziyyatı və informatika” şöbəsinin növbəti seminarında şöbə müdiri vəzifəsini icra edən t.e.n. Nəsən Nağıyev “Qeyri-xətti dinamik sistemlərin faza fəzalarında bifurkasiyalar, hesablama eksperimentləri və idarə olunma problemi” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə sənaye tipli obyektlərin idarəetmə praktikasında müşahidə olunan bir sıra kritik effektlər diferensial tənliklərin keyfiyyət nəzəriyyəsi baxıımından təhlil edilib. Kompüter simulyasiya vasitələri əsasında bəzi nəticələr nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər