10/07/2017
İyulun 7-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ilk magistrlərinin “məzun günü” keçirilib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə əlamətdar hadisə münasibətilə məzunları təbrik edib, onlara uğurlar arzulayıb Akademik bildirib ki, birinci qəbul ilində AMEA-nın magistraturasına 400-dək bakalavr müraciət edib və yekunda 9 ixtisas üzrə yüksək balla onlardan 19-u qəbul olunub. AMEA-nın prezidenti bildirib ki, akademiyanın magistraturasına böyük maraq olduğu üçün növbəti qəbul illərində ixtisas və plan yerlərinin sayı artırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.