12/07/2017
Pifaqor ədədləri x² + y² = z² tənliyini ödəyən natural ədədlərdən ibarət üçlükdür. Bu tənliyin bütün natural həlləri x = (a² – b²) · n , y=2abn , z = (a²+b²)· n düsturlarından alınır. Bnurada a, b, n ixtiyari natural ədədlərdir (a > b ). Tam əmsallı çoxdəyişənli tənliklərin Natural ədədlər çoxluğunda həlli ilə qədim dövrün bir sıra riyaziyyatçıları: Pifaqor, Diofant və s. maraqlanmışlar. Bu cür tənlikləri çox vaxt Diofant tənlikləri adlandırırlar.
Mənbə: M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, “Radius nəşriyyatı”, 296 səh.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.