Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Fəlsəfə və elmlər doktorluğu hazırlığı üzrə dissertanturaya qəbulla bağlı müsabiqə keçirilib


AMEA Riyaziyyat və Mexanika İnstitutunda fəlsəfə doktorluğu və elmlər doktorluğu üzrə dissertanturaya qəbul üzrə müsabiqə keçirilmişdir. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun sədrlik etdiyi Elmi Şurada müsabiqə fəlsəfə doktorluğu hazırlığı üzrə dissertanturaya 7 yerə 16 nəfər, elmlər doktorluğu üzrə dissertanturaya isə 4 yerə 4 nəfər sənəd verən iştirak etmişdir.

Bununla yanaşı, iddiaçılarla onların elmə marağı, riyaziyyatın müxtəlif sahələrində tədqiqat aparmaq istədikləri dissertasiya mövzuları və həmin mövzular üzrə elmin aktual problemləri ətrafında söhbət aparılmışdır.

Sonda fəlsəfə doktorluğu hazırlığı üzrə dissertanturaya 7, elmlər doktorluğu üzrə dissertanturaya isə 4 nəfər qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər