Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmin populyarlaşdırılması sahəsində ilin ən yaxşı alimləri


AMEA prezidentinin 10 iyul 2017-ci il tarixli 444 nömrəli sərəncamı ilə elmi bilikləri və nailiyyətləri, yeni elmi istiqamətləri təbliğ etmək, Azərbaycan elmində baş verən yeniliklərlə və əldə olunan elmi nəticələrlə ictimaiyyəti tanış etmək, cəmiyyətdə elmin və alimin nüfuzunu qaldırmaq, eləcə də elmin populyarlaşdırılması istiqamətində alimlərin əməyini stimullaşdırmaq məqsədi ilə Elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə AMEA Rəyasət Heyətinin mükafatı təsis olunmuşdur.

Müsabiqəyə ayrı-ayrı şəxslər və kollektivlər tərəfindən ümumilikdə 22 iş təqdim edilmişdir.

Rəyasət Heyətinin qərarına əsasən elmi bilik və nailiyyətlərin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətinə, o cümlədən riyaziyyat elminin təbliğinə həsr olunmuş elmi və elmi-populyar əsərlərinə görə Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov və həmin institutun “Elmi texniki informasiya” şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, professor Ramiz Aslanov mükafata layiq görülüblər.

Hər iki alimi kollektivimiz adından təbrik edir, onlara möhkəm can sağlığı və gələcək elmi fəaliyyətlərində uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər