Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Sadə variasiya məsələsi üçün Veyerştrasın zəruri şərtinin gücləndirilməsi və diskret idarəetmə məsələlərində daha güclü optimallıq şərtlərinin alınması” mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarı giriş sözü ilə institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açıb. Tədbirdə İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, AMEA Elm və təhsil idarəsinin rəhbəri, AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov və BDU-nun “Riyazi fizika tənlikləri” kafedrasının müdiri, akademik Yusif Məmmədov iştirak edib.

“Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Telman Məlikov “Sadə variasiya məsələsi üçün Veyerştrasın zəruri şərtinin gücləndirilməsi və diskret idarəetmə məsələlərində daha güclü optimallıq şərtlərinin alınması” mövzusunda məruzə edib.

Məruzədə sadə variasiya məsələsi üçün Veyerştrasın zəruri şərtinin gücləndirilməsi, güclü ekstremum üçün ikinci tərtib zəruri şərtin alınması, γ– qabarıq çoxluq anlayışı, geniş mənada nisbi-açıq çoxluq anlayışı, diskret idarəetmə məsələlərində daha güclü optimallıq şərtlərinin alınması və komponentlərə görə tədqiqat üsulunun verilməsi şərh olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər