Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Balzan Mükafatları 2018” elan olunub


Beynəlxalq Balzan Fondu tərəfindən “Balzan Mükafatları 2018” elan olunmuşdur.

Mükafat aşağıdakı sahələr üzrə nəzərdə tutulmuşdur:

1. Sosial antropologiya (Social Anthropology);

2. Qlobal tarix (Global History);

3. Maye Mexanikası (Fluid Dynamics);

4. Kimya Ekologiyasi (Chemical Ecology).

Müsabiqədə iştirak uçun tələblər:

a) Namizədliyin irəli sürülməsi səbəbləri və mühüm nəşrlərin siyahısı;

b) İctimai va humanitar elmlər üzrə namizədlər üçün mühüm nəşrlər daxil olmaqla biblioqrafiya;

c) Texniki va təbiət elmləri uzrə namizədlər üçün 10-20 ən mühüm nəşrlərinin siyahısı;

d) Namizədlərin hazırda tutduğu vəzifəsi, əsas akademik fəaliyyatı, anadan olma tarixi va yeri, milliyəti, yaşadığı yer va ünvan daxil olmaqla CV forması;

e) Yeni çəkilmiş şəkil (yüksək keyfiyyətli).

Hər Balzan Mükafatı 750 000 İsveç frankı dəyərindədir. Qalib olmuş alim mükafatın yarısını alacaq, ikinci yarısı isə qalibə gənc alimlərin daxil olduğu elmi-tədqiqat layihəsi üçün təqdim ediləcək. Tədqiqat layihəsi Mükafat Komitəsi tərəfindən təsdiq ediləcək. Hər mükafat mövzusu üzrə birdən çox namizəd təqdim edilə bilər. Şəxsi ərizələr qəbul edilmir. Namizədlər haqda məlumatların AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinə 07 mart 2018-ci il tarixinədək göndərilməsini xahiş edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər