Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


07.03.2018-ci il saat 10:00-da növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminarda Moskva Dövlət Uiversitetinin mexanika-riyaziyyat fakültəsinin “İdarəetmənin ümumi problemləri” kafedrasının professoru Qaleyev Elfat Mixayloviç “Bərabərlik və bərabərsizlik tipli məhdudiyyətləri olan məsələlərdə ikinci tərtib şərtlər. Variasiya hesabında kvadratik funksional” mövzusunda məruzə edəcək.

Məruzədə bərabərlik və bərabərsizlik tipli hamar məsələlərdə ekstremum üçün birinci və ikincici tərtib ekstremum şərtlərə baxılır.

Bundan əlavə, kvadratik funksionallı sadə variasiya məsələsində ekstremum üçün birinci və ikinci tərtib şərtlərə baxılır. Yakobi şərti ödənilən, lakin gücləndirilmiş Yakobi şərti ödənilməyən hal tədqiq olunur.

Ətraflı >>

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər