Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Bərabərlik və bərabərsizlik tipli məhdudiyyətləri olan məsələlərdə ikinci tərtib şərtlər. Variasiya hesabında kvadratik funksional” mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda Moskva Dövlət Uiversitetinin mexanika-riyaziyyat fakültəsinin “İdarəetmənin ümumi problemləri” kafedrasının professoru Qaleyev Elfat Mixayloviç “Bərabərlik və bərabərsizlik tipli məhdudiyyətləri olan məsələlərdə ikinci tərtib şərtlər. Variasiya hesabında kvadratik funksional” mövzusunda məruzə edib.

Məruzədə bərabərlik və bərabərsizlik tipli hamar məsələlərdə ekstremum üçün birinci və ikinci tərtib ekstremum şərtlərə baxılıb.

Bundan əlavə, kvadratik funksionallı sadə variasiya məsələsində ekstremum üçün birinci və ikinci tərtib şərtlərdən danışılıb. Yakobi şərti ödənilən, lakin gücləndirilmiş Yakobi şərti ödənilməyən hal tədqiq olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər