Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


14.03.2018-ci il tarixində saat 12.00-da “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçiriləcək. Seminarda BDU-nun “İdarəetmə nəzəriyyəsinin riyazi üsulları” kafedrasının professoru Hamlet Quliyev “Əmsalın tapılması haqqında bir tərs məsələnin optimal idarəetmə məsələsinə gətirilməsi və onun tədqiqi” mövzusunda çıxış edəcək.

Məruzədə hiperbolik tənlik üçün bir tərs məsələnin optimal idarəetmə məsələsinə gətirilməsi, alınan məsələdə optimal idarəedicinin varlığı teoreminin isbat edilməsi, variasional bərabərsizlik şəklində optimallıq üçün zəruri şərtin çıxardılması haqqında danışılacaq.

Arzu edənlər iştirak edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər