Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Fars Abbas” kim idi?


İrəvan qəza məktəbi 1868-ci ildə progimnaziyaya, 1881-ci ildə isə klassik gimnaziyaya çevrildi. Qısa bir müddətdə regionda böyük nüfuz qazandı. İrəvan gimnaziyasında dərs deyən müəllimlərdən biri də fars dilini tədris edən Abbas Məhəmmədzadə idi. Fars dilini gözəl bildiyinə görə ona “Fars Abbas” deyirdilər. O, həm pansionda, həm də gimnaziyada dərs verirdi. Abbas Məhəmmədzadə dərsliklər də hazırlayıb çap etdirmişdir. 1912-ci ildə Bakıda Orucov qardaşlarının mətbəəsində çap olunan “Güldəstə” adlı kitaba Şərq klassiklərinin və Mirzə Abbasın özünün “Razi” təxəllüsü ilə yazdığı şerlərindən seçmələr daxil edilmişdi. 1913-cü ildə Bakıda, Tiflisdə və İrəvanda “Budaqov” mətbəəsində çap olunmuş “Balalara hədiyyə” adlı dərsliyin müəllifi də Mirzə Abbasdır.

Fars Abbasın böyük oğlu Cabbar bəy Məhəmmədzadə də ömrünü xalq maarifinə həsr etmişdir. O, 1902-ci ildə İrəvan Müəllimlər Seminariyasını bitirmiş, 4 il Mehrəmdə, Qəmərlidə, İmanşahlı kəndində müəllimlik etmiş, 1906-cı ildə pansionata işləməyə gəlmiş və 1907-ci ildən isə həm də İrəvan Müəllimlər Seminariyasında Azərbaycan dilindən dərs demişdir.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər