Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Hardi operatorunun Banax funksional fəzalarda kompaktlığı” mövzusunda seminar keçirilib


Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı növbəti seminarı keçirilib. Seminarda şöbənin baş elmi işçisi, r.e.d., Rövşən Əlifağa oğlu Bəndəliyev “Hardi operatorunun Banax funksional fəzalarda kompaktlığı” mövzusunda məruzə edib.

Məruzədə Hardi operatorunun kompaktlığı haqqında danışılıb. Bu operatorun kompaktlığı məsələsi bir sinif inteqral tənliklərin həllinin varlığının araşdırılmasında əhəmiyyətli rol oynayır.

Digər tərəfdən çəkili Lebeq fəzasında baxılan Hardi operatorunun bir sinif diferensial tənliklər vasitəsilə ifadə olunmasına gətirib çıxarır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər