Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Əmsalın tapılması haqqında bir tərs məsələnin optimal idarəetmə məsələsinə gətirilməsi və onun tədqiqi” mövzusunda seminar keçirilib


AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda BDU-nun “İdarəetmə nəzəriyyəsinin riyazi üsulları” kafedrasının professoru Hamlet Quliyev “Əmsalın tapılması haqqında bir tərs məsələnin optimal idarəetmə məsələsinə gətirilməsi və onun tədqiqi” mövzusunda çıxış edib.

Məruzədə hiperbolik tənlik üçün bir tərs məsələnin optimal idarəetmə məsələsinə gətirilməsi, alınan məsələdə optimal idarəedicinin varlığı teoreminin isbat edilməsi, variasional bərabərsizlik şəklində optimallıq üçün zəruri şərtin çıxardılması haqqında danışılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər