Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dissertasiya Şurasının iclası keçirilib


AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D 01.111 dissertasiya şurasının iclasında Musa Səməd oğlu Alməmmədovun “Çoxparametrli məsələlərin spektrinin quruluşu və cüttərtibli diferensial operatorların izlərinin araşdırılması” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın müdafiəsi keçirilib. Dissertasiyada alınmış nəticələr 55 işdə öz əksini tapıb.

Dissertasiya işi Dissertasiya Şurasının müsbət rəyini alıb.

Sonra iclasda Nailə Məmməd qızı Namazovanın dissertasiya işinə rəsmi opponentlərin və aparıcı təşkilatın təyini məsələlərinə baxılıb və təsdiq edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər