Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə 2018-ci ilin fevralın 12-dən mayın 12-dək ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsi nəzərdə tutulub.

Bu məqsədlə, 28 mart 2018-ci il tarixində saat 09:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə institutun 6-cı mərtəbəsində əməkdaşların tibbi müayinəsi keçiriləcək. Qeyd edək ki, tibbi müayinələr Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə İdarəsinin 16,19 saylı poliklinikası və Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılacaq. Müayinələrlə yanaşı müalicə, məsləhət və profilaktika tədbirləri də həyata keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər