Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Qeqenbauer diferensial operatorunun doğurduğu kəsr maksimal funksiyanın xassələri” mövzusunda seminar keçirilib


Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin aparıcı elmi işçisi, dos. Elman İbrahimov “Qeqenbauer diferensial operatorunun doğurduğu kəsr maksimal funksiyanın xassələri” mövzusunda məruzə edib.

Məruzədə Qeqenbauer diferensial operatorunun doğurduğu kəsr maksimal funksiyaya baxılıb və onun Lp →Lq– məhdudluğu haqqında məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər