Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


28.03.2018-ci il saat 10:00-da Ümuminstitut seminarında Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri r.e.d., AMEA-nın professoru Vüqar Elman oğlu İsmayılov “Kolmoqorov superpozisiya teoremi və onun approksimativ variantı” mövzusunda məruzə edəcəkdir.

Məruzədə Hilbertin 13-cü probleminin tarixi, bu problemin V.İ. Arnold və A.N. Kolmoqorov tərəfindən həlli, kəsilməz funksiyalar üçün Kolmoqorov superpozisiya teoreminin müxtəlif gücləndirilmiş variantları və ümumiləşmələri haqqında danışılacaq. Kəsilməz olmayan funksiyalar üçün xətti superpozisiyalarla göstəriliş məsələsi təhlil ediləcək. Məruzədə həmçinin Kolmoqorov superpozisiya teoreminin approksimativ varianti veriləcək, bu variantın neyron şəbəkələr nəzəriyyəsində rolundan bəhs ediləcək və mövzu üzrə açıq qalmış məsələlər qeyd olunacaq.

Ətraflı >>

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər