Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Gənc ixtiraçı Reyhan Camalovanın adı “Forbes” jurnalının reytinq cədvəlinə daxil edilib


Dünyanın nüfuzlu nəşrlərindən olan “Forbes” jurnalındakı gənc ixtiraçıların reytinq cədvəlinə ilk dəfə azərbaycanlı yeniyetmənin – Reyhan Camalovanın adı daxil edilib.

“Forbes”in hesabatında ən gənc ixtiraçılardan biri kimi yer alan R.Camalova “İstək” liseyinin şagirdidir. Onun hazırladığı yağış suyundan enerji istehsal edən “Reynerci (Rainergy)” qurğusu jurnalda ən diqqətçəkən ixtiralardan biri kimi qeyd olunub.

Xatırladaq ki, Reyhan Camalovanın Hindistanda keçirilən “Climatelaunchpad” yarışmasında iştirakına AMEA-nın Yüksək Texnologiyalar Parkı sponsorluq etmişdir.

Mənbə: www.elm.az

Faydalı linklər