Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşlarının tibbi müayinəsi keçirilib


Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə 2018-ci ilin fevralın 12-dən mayın 12-dək ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsi nəzərdə tutulub.

Bu məqsədlə, bu gün  AMEA Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə institutun 6-cı mərtəbəsində əməkdaşların tibbi müayinəsi keçirilib.

Qeyd edək ki, tibbi müayinələr Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə İdarəsinin 16,19 saylı poliklinikası və Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılıb. Müayinələrlə yanaşı müalicə, məsləhət və profilaktika tədbirləri də həyata keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər